Komitə sədri Alim Qasımovun müdafiəsinə qalxdı: Söyüş-zad söyməyib ki...

13-06-2025, 09:18           
Komitə sədri Alim Qasımovun müdafiəsinə qalxdı: Söyüş-zad söyməyib ki...
Xalq artisti Alim Qasımovun bir neçə gün öncə toyların birində rep deməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Onun bu fərqli ifası sosial şəbəkələrdə çoxları tərəfindən tənqid edilib.

Milli Məclisin komitə sədri Fazil Mustafa Xalq artisti Alim Qasımovun müdafiəsinə qalxıb.

O, bu barədə sosial şəbəkə hesabından paylaşım edib:

"Sevdiyimiz ustad sənətçi Alim Qasımovun videosu yayılan toyda şən və pozitiv davranışını bəyəndim. Rahat, komplekssiz, tədbirin mahiyyətinə uyğun bir sənət adamının ata biləcəyi sadə və maraqlı bir addım. Toyda mərsiyyə deməliydi, yaxud ağlamalıydı? Söyüş-zad söyməyib, yaxud təhqiredici ifadə işlətməyib ki? Öz üslubunda məclisin ovqatını yüksəltmək istəyib. Sənət adamı ütülü, standart biçimdə olmaz ki? Hələ bu adam Alim ola! Böyük istedadların ərköyünlük haqqını da nəzərə almalıyıq! Hər bir davranışın çevrəyə zərərinə, faydasına baxmalıyıq. Mədəni və mənəvi ekologiyamıza hansısa zərər vurduğunu düşünmürəm". \\Modern.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru