Toyda mahnı üstündə dava - Müğənni və qardaşı saxlanıldı

13-06-2025, 07:32           
Toyda mahnı üstündə dava - Müğənni və qardaşı saxlanıldı
Ağdaşda toyda musiqiçilərlə qonaq arasında insident olub.

Hadisə iyunun 10-da axşam saatlarında rayonun Yuxarı Qəsil kəndində yerləşən "Ağ Saray” şadlıq sarayında qeydə alınıb.

Belə ki, toydakı dava zamanı xəsarət alan 1961-ci il təvəllüdlü Namis Hüseynov xəstəxanaya yerləşdirilib. Onun xəsarətlərinin dərəcəsinin müəyyən olunması məqsədilə ekspertiza təyin edilib.

Məlum olub ki, N.Hüseynov toyda mahnı sifarişi üstündə 1989-cu il təvəllüdlü müğənni Orxan Hüseynov və onun rəhbərlik etdiyi "Bəyoğlan” ansamblında yer alan 1987-ci təvəllüdlü qardaşı Tural tərəfindən döyülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, zərərçəkmişin xəsarəti ilə bağlı müvafiq ekspertiza təyin olunub, əməli törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.

Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.

Qafqazinfo.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru