"Klinikaya 150 manat ödədim, amma qızımın dərdini deyə bilmədilər" - Müğənni Aysun

27-06-2025, 16:27           
"Klinikaya 150 manat ödədim, amma qızımın dərdini deyə bilmədilər" -
Müğənni Aysun İsmayılova qızı Sevgimin səhhətində problem yarandığını deyib.

Axşam.az xəbər verir ki, o, övladını özəl klinikilardan birinə aparsa da, onu düzgün müayinə etmədiklərindən şikayətlənib:

"Üç gündür qızım ağrıyır. Özəl klinikalardan birinə getdim, 150 manat ödəniş etdik. Oradakı həkimlərin heç biri bizə bir cavab vermədi. Uşağı bağırsaq problemi ilə aparmışam, burun-boğaz yoxlayırlar. Biabırçılıq idi. Addı, sanlı, tanınmış klinikaya getdim, nə ödəniş dedilər etdim. Saatlarla gözlədim, səhər saat 5-ə qədər bizi gözlətdirdilər. Uşağa bir çarə tapmadılar. Uşağımın öz həkimi var, demişdi ki, filan analizləri götürsünlər, ona uyğun müalicə yazım. Onlardan USİ istəyirəm, deyir boğaz yoxlayım. Uşaq narahatdır, ağlıyır, ikiqat qalıb. Oturub hələ 40 dəqiqə həkim gözlədik. Axırda da dedi, heç nə bilmirəm".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru