"Xaç atası"nın yaradıcısı avtomobilini satır

Bu gün, 12:06           
"Xaç atası"nın yaradıcısı avtomobilini satır
Çox nadir və qeyri-adi "Tucker 48" avtomobili ABŞ-də hərraca çıxarılacaq.

Bu barədə "Gooding & Christie"s" hərrac evinin saytında elan yerləşdirilib.

Avtomobil Hollivudun məşhur rejissoru Frensis Ford Koppolaya məxsusdur və hətta onun filmində də rol alıb.

"Tucker 48" əsl eksklüziv avtomobildir. Bu modeldən cəmi 50 ədəd istehsal olunub və o, texniki göstəriciləri ilə öz dövrünü qabaqlayıb.

Məlumata görə, rejissor nadir avtomobil üçün 2 milyon dollara qədər gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, Frensis Ford Koppola "Xaç atası" və "Apokalipsis bugün" kimi dünya şöhrətli filmlərin rejissorudur.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru