Türkiyəli aktrisa 23 milyonluq dələduzluqda ittiham olunur
Bu gün, 09:14
Türkiyəli aktrisa Meral Kaplan saxlanılıb.
Axşam.az xəbər verir ki, aktrisa torpaq satışı üçün saxta sənədlər hazırlayaraq 23 milyon lirə (964 min manat) pulu mənimsəməkdə ittiham olunub. Meralla yanaşı 4 nəfər də tutulub. İfadəsi alınan və haqqında səsləndirilən ittihamları rədd edən aktrisa şərti olaraq azadlığa buraxılıb.
Qeyd edək ki, Meral son olaraq "Arka sokaklar" serialında rol alıb.