Ustad xanəndənin fotosu hər kəsi sarsıtdı - Foto

16-12-2016, 00:38           
Ustad xanəndənin fotosu hər kəsi sarsıtdı - Foto
Xalq artisti, ustad xanəndə Ağaxan Abdullayevin sosial şəbəkədə yayılan son fotoları hər kəsi sarsıdıb.

Belə ki, xalq artisti hansısa toy məclislərinin birinə əlil arabası ilə qatılıb. Fotolardan xanəndənin tamamilə tanımaz vəziyyətə düşdüyü diqqət çəkib. Sosial şəbəkələrdə çoxsaylı izləyicilər ustad xanəndənin səhhəti ilə bağlı düşdüyü bu vəziyyətinə təəssüflənib, ona Allahdan şəfa diləyiblər.

Xatırladaq ki, xalq artisti Ağaxan Abdullayev uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. Xanəndə mütəmadi olaraq Türkiyədə müalicə alır. Onun bütün müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.