Demet və Muradın Bakı qalmaqalı

19-12-2016, 13:17           
Demet və Muradın Bakı qalmaqalı
31 dekabrda konsert vermək üçün Bakıya gəlməyə hazırlaşan Demet Akalın və Murad Dalkılıç arasında problem yaranıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Yeni il axşamı Bakıda və İstanbulda konsertləri olan ikili birlikdə təyyarə kirayələməyə qərar veriblər. Lakin Murad Bakıya həyat yoldaşı Merve Boluğur və ailəsini də gətirmək istədiyi üçün Demetlə arasında mübahisə yaranıb.

Təyyarədə dincəlmək istədiyini bildirən Demet bundan sonra Muradla birgə getməkdən imtina edib. O, İstanbuldakı konsertinə çata bilmək üçün ayrıca təyyarə sifariş edib.

M.Dalkılıç üçün xüsusi təyyarəni isə onun İstanbuldakı konsertini təşkil edən şirkət ayırıb.

Qeyd edək ki, D.Akalın Bakıdakı 1 saatlıq çıxışı üçün 250 min lirə (təxminən 125 min manat) qonorar alacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.