İlhamə Quliyevanın il mərasimini keçirənlərə mesaj: - “İkinizdən də zəhləsi gedirdi”

21-02-2017, 20:31           
İlhamə Quliyevanın il mərasimini keçirənlərə mesaj: - “İkinizdən də zəhləsi gedirdi”
Müğənni Əli Mirəliyev Xalq artisti, mərhum İlhamə Quliyevanın il mərasimi ilə bağlı qalmaqala aydınlıq gətirib.

O, AzNews.az-a açıqlamasında bildirib ki, Orxan Nadirovla Gülbahar Quliyeva İlhamə Quliyevanın düşmənləridir:

“Əgər İlhamə xanım bilsəydi ki, Orxan Nadirovla Gülbahar Quliyeva onun üçün il mərasimi keçirəcək, ölməzdi. Sağlığında onların heç biri ilə əlaqəsi olmayıb. İkinizdən də zəhləsi gedirdi.”

Əli Mirəliyev qeyd edib ki, bu məsələ ilə bağlı son söz Eldar İsmayılovun olacaq: “İlhamə Quliyevanın dayısı oğludur. O, hansında iştirak etsə, mən də o məclisdə olacam.”

Xalq artisti, mərhum İlhamə Quliyevanın dünyasını dəyişməsindən bir il ötür. Bununla bağlı iki mərasim keçiriləcək. Mərasimin biri fevralın 24-də oğlu Orxan Nadirov, ikincisi isə fevralın 25-də bacısı Gülbahar Quliyeva tərəfindən keçiriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.