Valeri Leontyev Ukraynada "qara siyahı"ya daxil edilib

28-04-2017, 09:02           
Valeri Leontyev Ukraynada "qara siyahı"ya daxil edilib
anınmış rusiyalı müğənni Valeri Leontyev işğal olunmuş Krımda verdiyi konsertlər səbəbindən Ukrayanın “Mirotvorets” saytının "qara siyahısı"na düşüb.
"Report" xəbər verir ki, bu barədə sözügedən saytda dərc olunan bəyanatda deyilir.
Müğənni Ukraynanın dövlət sərhədlərini qanunsuz olaraq keçməkdə və işğal altında olan Krım ərazisində qanunsuz konsertlər verməkdə ittiham olunur.
“Mirotvorets” administrasiyası qeyd edir ki, müğənni 2014-cü ildən 2016-cı ilədək, xüsusilə Simferopol, Sevastopol, Sudak, Yalta, Feodosiya və Yevpatoriyada konsert proqramları ilə çıxış edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru