"Sənətin gücü o qədər böyükdür ki..." - Çarli Çaplinə yazılan məktub

28-04-2017, 12:40           
"Sənətin gücü o qədər böyükdür ki..." - Çarli Çaplinə yazılan məktub
Bir gün Çaplin tramvaydan düşüb evə gəlir. Evdə görür cibində bir qızıl saat var. Bir dənə də kağız. Kağızda da yazılıb ki, cənab Çaplin mən cibgirəm, bu gun tramvayda bir cənabın qolundan qızıl saat açmışdım. Sizi tramvayda gördüm, sənətinizin vurğunu olduğumdan, istədim sizə bir hədiyyə eləyim, üstümdə bu qızıl saatdan başqa heç nə olmadı.
Çaplin saatı və məktubu polisə aparır. Polis də qəzetdə elan verir ki, belə bir şey olub, saatın sahibi gəlib, malını aparsın.
Bir müddət sonra saatın sahbindən məktub gəlir:
" Cənab Çaplin, bir müddət əvvəl tramvayda qızıl saatımı oğurlamışdılar. Sonra qəzetlərdən öyrəndim ki, cibgir onu sizin cibinizə atıb. Cənab Çaplin, qoy saatım sizdə qalsın. Allahın cibgiri sizin sənətinizə o saatı sizə bağışlayacaq qədər dəyər verirsə, mənim onu sizdən geri qəbul etməyim ayıb olardı. Və özüm də sizin sənətinizi heç də bir cibgirdən az qiymətləndirmədiyim üçün, saat üçün bir qızıl zəncir də mən hədiyyə göndərirəm."
Hadisədən çıxan nəticə: Sənətin gücü o qədər böyükdür ki, oğrunu da, hörmətəlayiq adamları da öz ətrafında sıx birləşdirə bilir.
Kamran Əsədov
teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.