Səidə Sultan: "Belə xalq dərdi çəkən çaqqallara desən ki, Qarabağı almaq lazımdır, qaçıb arvad tumanı altında gizlənəcəklər. "

6-07-2015, 21:51           
Səidə Sultan: "Belə xalq dərdi çəkən çaqqallara desən ki, Qarabağı almaq lazımdır, qaçıb arvad tumanı altında gizlənəcəklər. "
“Belə xalq dərdi çəkən çaqqallara desən ki...”.

Xəbər verdiyimiz kimi müğənni Səidə Sultan “Əsl şou” verilişində həmkarı Rəhim Rəhimlinin ünvanına işlətdiyi “Cıraram səni” ifadəsinə görə efirdən uzaqlaşdırılıb.

Oxu.Az xəbər verir ki, ifaçı onu tənqid edənlərə sosial şəbəkədə sərt sözlər yazıb:

“Tərbiyədən, qeyrətdən danışanlar bəsdirin. Ən böyük əxlaqsız sizsiniz. Kimdə nə yoxdur ondan danışır. Maskalanıb arxada oyunlar çıxaran binamuslar. Demişəm cıraram? Əcəb eləmişəm demişəm.

Nə oldu, pula satılan fahişələr, başqalarına gücünüz çatmadı? Bilin və agah olun: Mən bu Səidəyəm, Allahdan başqa heç kim məni dəyişə bilməz. O ki qaldı qullara, Allah pis insanların bəlasın versin.

Bu, mübarizədir. Bunu axıra qədər aparacam və heç kimədə əyilməyəcəm. Bəyənən bəyənsin, bəyənməyən isə... Mənim sənətimi heç kəs almayıb, alada bilməz. O yol kəsənlər isə öz işində olsunlar. Kimə xoş deyil baxmasın.

O xalq-xalq deyənlər sakit dursunlar. Xalqı təhqir edən olmayıb. Belə xalq dərdi çəkən çaqqallara desən ki, Qarabağı almaq lazımdır, qaçıb arvad tumanı altında gizlənəcəklər. Məni mən kimi sevənləri öpürəm”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.