"Mirşahin ana olsaydı, hamı üçün maraqlı olardı..."

8-07-2015, 12:54           
"Mirşahin ana olsaydı, hamı üçün maraqlı olardı..."
ANS telekanalının vitse-prezidenti, tanınmış telejurnalist Mirşahin Ağayev növbəti dəfə ata olacaq. Publika.az xəbəri dəqiqləşdirmək üçün jurnalistin özünə müraciət edib.

Bunu normal qarşılayan 52 yaşlı vitse-prezidentin cavabı özünəməxsus olub: “Mirşahin ana olsaydı, hamı üçün maraqlı olardı, kişi ata olar da... Burda nə var ki?” Qeyd edək ki, onun 4-cü övladının oğlan olacağı bildirilir. Məşhur telejurnalist hazırda 3 övlad - iki oğlan və bir qız atasıdır.

İlk evliliyindən Mirtəyyar və Mirçingiz adlı iki oğlu, ikinci evliliyindən isə Aysan adlı qızı var. Telejurnalistin ikinci xanımı tanınmış aparıcı Səbinə Heydərovadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru