M.Əsədova E.Mürsəllini məhkəməyə verdi -“Dediyim hər bir sözün arxasındayam”

8-07-2015, 23:35           
M.Əsədova E.Mürsəllini məhkəməyə verdi -“Dediyim hər bir sözün arxasındayam”
Müğənni Mətanət Əsədova keçmiş siyasi məhbus Elsevər Mürsəllini Məhkəməyə verib. Bu barədə E.Mürsəlli Moderator.az-a açıqlamasında bildirib. Mürsəllinin sözlərinə görə, bunu Mətanət Əsədovanın vəkili Ceyhun Yusifov mətbuata verdiyi açıqlamasında deyib. Mətanət Əsədova Elsevər Mürsəlliyə qarşı 148-ci maddə (təhqir) ilə cinayət işinin başladılmasını istəyib. E.Mürsəllinin sözlərinə görə, o, dediyi hər bir sözün arxasında durur və heç bir sözündə təhqir, böhtan xarakterli şeylər yoxdur. “Mən onunla məhkəmədə görüşüb haqlı olduğumu sübut etməyə hazıram” deyə Elsevər Mürsəlli bildirdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.