Şou-biznesimizin sevimlisi olan iş adamının milyonluq cinayəti - YENİLƏNİB - FOTO

9-07-2015, 17:57           
Şou-biznesimizin sevimlisi olan iş adamının milyonluq cinayəti - YENİLƏNİB - FOTO
16:59

Teref info Milli.Aza istinadən xəbər verir ki, axtarışa verilən iş adamı Azad İsayevlə barəsində yayılan xəbərlərlə bağlı əlaqə yaratdı. A.İsayev onun barəsində cinayət işinin olması, külli miqdarda dələduzluq etməsini boş söhbət adlandırdı. Sonra isə redaksiyayazəng edəcəyini desə də, vədinə əməl etmədi.

----------

12:52

Müğənni Röyanın məşhur "Son görüş" mahnısının sözlərinin müəllifi, iş adamı Azad İsayev milyonluq cinayət törədib. Milli.Az xəbər verir ki, hazırda Türkiyədə yaşayan A.İsayevin barəsində Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Sonradan cinayət işinin istintaqı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə həvalə olunub. A.İsayevin 2000000 manat məbləğində dələduzluq etdiyi bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl A.İsayevin İstanbul şəhərində ağır yol qəzası nəticəsində öldüyü xəbəri yayılmışdı. Bir sıra tanınmış müğənnilərin ifa etdiyi mahnıların sözlərini yazan A.İsayevin müğənni Röya ilə gizli münasibətinin olduğu da iddia olunurdu.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.