Məhkəmədə uduzan Təranə: "Nazəninin əri erməni qucağında..." - FOTO
10-07-2015, 21:26
Müğənni Nazənin və Təranə Qumral arasında gedən məhkəmə prosesi, nəhayət ki, başa çatıb.
Beləliklə, müğənni Nazənin öz həyat yoldaşının Təranə Qumralla intim əlaqədə olduğunu sübut edərək aylardır davam edən qalmaqalı qələbə ilə sonuclandırıb.
Məhkəmə qərarına əsasən, Təranə Qumral həmkarından üzr istəyərək ona 10 min manat pul ödəməlidir. Qələbəsini bayram edən Nazənindən fərqli olaraq, Təranə Qumral hüquq müstəvisindəki məğlubiyyətini sükutla qarşılamağa çalışıb. Mətbuata birbaşa münasibət bildirməkdən qaçan müğənni sosial şəbəkədə ürəyini boşaltmaqla kifayətlənib. Milli.Az xəbər verir ki, lakin publika.az Təranə Qumralın hikkəsinin etik normaları aşdığını nəzərə alaraq, onun statusuna bir az əl gəzdirməklə təqdim edir:
""Azərbaycan kişisi"" dedikdə gözümün önündə cəngavər, qürurlu, mərd oğullarımız canlanır. Amma mənim şəklini paylaşdığım bu şəxs, Azərbaycan lotosunda (Azərlotoreya nəzərdə tutulur - red.) işləyən adam həmin kişilərdən deyil. Kişilikdə payı olmadığından orda-burda ağzını əyri qoyub, özü kimi arvadlarla dalımca danışmaqla məşğuldur. Ay gədə, haram pul yeməkdənsə, xəstəsən, get özünü müalicə et. Bunun adı Məhəbbətdir, soyadı Həsənovdur. Evdə erməni qucağında böyüyüb. Bunu da erməni kimi böyüdüblər. Ona görə bilmir ki, Azərbaycan xanımı toxunulmazdır. Mənim bir qardaşım olub. O da Azərbaycan uğrunda şəhid olub. O bilməzdi ki, sənin kimi gədələr bu gün bir az pul qazanıb, özünü kişi kimi aparmaq istəyəcəklər. Onun-bunun bacısını, arvadını şantaj edəcəklər. Bilirəm, bu yazını oxuyan kimi məhkəmə haqda düşünəcəksən. Düşün. Orada da gəlib sənə sözümü deyəcəyəm, şərəfsiz".
Aşağıdakı fotolarda statusu olduğu kimi görə bilərsiniz.