Gülyaz və Gülyanaq Məmmədovalar türkün qolunun bükülməzliyinə niyə şübhə edirlər? - VİDEOLAR

13-07-2015, 16:34           
Gülyaz və Gülyanaq Məmmədovalar türkün qolunun bükülməzliyinə niyə şübhə edirlər? - VİDEOLAR
Dünyaca tanınmış sənətkarımız Zeynəb Xanlarovanın oxuduğu və az qala bütün dünyada məşhur olan "Birlik" mahnısını bir çoxları oxuyub.

Bizim diqqətimizi cəlb edən isə dünyanın hansısa ölkəsnin müğənnisinin yox, elə öz ölkəmizin müğənnilərinin Gükyaz və Gülyanaq Məmmədova bacılarının ifası oldu.

DİA.AZ bildirir ki, əslən Şəkidən olan bu bacıların türk kimliyi şübhə doğurmasa da, nədənsə bu bacılar Zeynəb Xanlarovanın dünyaya tanıtdığı "Birlik" mahnısına rəsmən senzuralıq edərək, mahnıdakı "TÜRK" sözlərini "ixtisara salıblar".

Onu da qeyd edək ki, bacıların belə bir addımı atması heç də anlaşılan deyil. Çünki bu mahnı hətta dövlət televiziyalarında belə Zeynəb Xanlarovanın ifasında dəfələrlə verilib və həm də orijinal versiyası ilə.

Amma görünür ki, Gülyaz və Gülyanaq Məmmədovalar bu mahnını öz versiyaları ilə oxumaqla hətta "düşmən könülləri" belə fəth eləməyi qəsd ediblər.

Halbuki bu mahnı sırf olaraq Azərbaycan türklərini birliyə çağıran bir sənət əsəridir.

Bu Zeynəb Xanlarovanın möhtəşəm orijinal ifası...
[media=https://www.youtube.com/watch?v=O1iRUYAorlU]
Bu isə Gülyaz və Gülyanaq Məmmədovaların zədələdiyi versiya...
[media=https://www.youtube.com/watch?v=D5kQUjR1JEE]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.