SON DƏQİQƏ! Damlayla bağlı DƏHŞƏTLİ XƏBƏR! Evində…
7-08-2017, 19:00
Əsl adı Məsmə olan müğənni Damla yenidən rüsvayçılıq edib.
Belə ki, o, dünən Neolitdə baş tutan toy üçün beh alsa da ev yiyəsinə qarşı saymamazlıq edərək toya gəlməyib.
Müğənnilər Şəbnəm Əsədova və Manaf Ağayevin iştirak etdiyi toyda Damla/Məsmə bir saat çıxış üçün 1500 manat tələb edərək, 500-nü beh kimi öncədən alıb.
Toya gəlmədiyi üçün qəzəblənən ev yiyəsi Məsməyə görə beh verdiyi müğənni Manaf Ağayevlə mübahisə edib və bu azmış kimi toy qonorarını ödəməyib.
Toya görə 8000 manat almalı olan Manaf və dəstəsi toydan bir qəpiksiz ayrılıblar.
Xatırladaq ki, Məsmə bundan öncə də iyulun 27-si Masallıda baş tutan toy məclisi üçün 600 manat beh alsa da, orada iştirak etməyib.
Müğənni Damla/Məsmənin yaxın ətrafının iddialarına görə, ifaçı narkotik düşgünü olduğu üçün bəzən ayın tarixini bilmir və bu səbəbdən günlərlə evdə yatmış vəziyyətdə qalır.
Məsələ ilə bağlı ittiham olunan müğənni ilə əlaqə saxlamağa çalışsaq da, telefonları sönmüş vəziyyətdə idi.
M.Ağayev isə Metbuat.az-a olanları təsdiqlədi: "Deyilənlərin hamısı düzdür. Kim Damlaya yüksək beh verirsə, adam ora qaçır. Bizim getdiyimiz toya 500 manat beh verilmişdi. Kimsə Şəmkirdən 1000 manat beh verib deyə, həmin toya gedib. İnsan düşünmür ki, adamı pis vəziyyətdə qoyur. Mən kimə söz verirəmsə, sözümün üstündə dururam. Ancaq Damla məni pis vəziyyətdə qoyub. Özünə də dedim gətirib behi qaytarmasan, cəmiyyətə sənin kim olduğunu açıqlayacam. Əslində, başqa toya getmək istəyən adam əvvəlcədən deməlidir. Bu heç həmin gün də olsa, zəng etməyib ki, gəlməyəcək. Sadəcə həmin gün Massallıdakı aldatdığı toy evinin yiyəsi mənə zəng elədi ki, Damla başıma bu hadisəni gətirib. Mən də zəng elədim Damlaya, o da dedi ki, qətiyyən ola bilməz, mütləq beh aldığı toya gələcək. Ancaq gəlmədi. Zəng elədim ki, Damla, bəs beh almısan, məni pis vəziyyətdə qoyub gəlmədin. Yaxşı da bir bəhanəsi var, aldatdığı toy sahiblərinə həmişə deyir ki, həmin toya getməsəydi, onu öldürəcəkdilər”.
teref.az olaraq xanım müğənninin fikirlərini dinləyə bilərik!
teref.az