Azərbaycanlı müğənninin yarımmilyonluq avtomobili - FOTO

9-08-2017, 15:17           

May ayında toy edib, özündən 16 yaş kiçik model xanımla evlənən, subaylığın daşını atan müğənni Xəyyam Nisanov istirahət üçün Azərbaycana gəlib.
Yenicag.az xəbər verir ki, Bilgəhdə dincələn müğənni bahalı avtomobili ilə görüntülənib.
Qeyd edək ki, X.Nisanov Rusiyada yaşayan azərbaycanlı milyarder Qod Nisanovun yaxın qohumudur. Avtomobil həvəskarı kimi tanınan müğənninin maşın kolleksiyası da var. O, 2015-ci ildə “Bentley Continental GT V8” markalı avtomobili də avtokolleksiyasına daxil edib.

Onu da qeyd edək ki, “Bentley Continental GT V8” markalı avtomobilin Bakıda qiyməti təxminən 270 000 dollardır (təxminən 500 000 manat). “Kabriolet” tipli maşının dövlət nömrə nişanı “99-XN-999”-dur. Bu, şou biznes aləmində olan sənətçilərin maşınları içərisində ən bahalı avtomobil sayılır.
Azərbaycanlı müğənninin yarımmilyonluq avtomobili - FOTO












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru