Hülya Avşarın bacısı həbs olunur- məhkəmə qərar verdi
10-08-2017, 10:20
Türkiyə məhkəməsi məşhur sənətçi Hülya Avşarın bacısı Helin Avşar haqqında həbs qərarı verib.
Belə ki, Türkiyə mətbuatının yazdığına görə bu günlərdə Helin Avşar içkili vəziyyətdə avtomobil idarə edib. Cərimə yazan yol polislərinə çatmağa 20 metr qalmış isə sürkan arxasını Sercan Yaşar ilə əvəz edib. Bununla da polisləri aldatdığı ortaya çıxıb və barəsində 4 aylıq həbs qərarı verilib.
Qeyd edək ki, Sercan Yaşar Hülya Avşarın 17 yaşlı qızı Zehra Çilingiroğlunun sevgilisi olduğu iddia edilir.
Sercan Yaşar sürkan arxasında özü olduğunu iddia etməsinə baxmayaraq, müşahidə kameralarından aydın olub ki, o, yalan ifadə verib. Buna görə də əvvəlcə Helin Avşarın 6 ilə qədər, S.Yaşarın isə 2 ilə qədər həbsi tələb olunub.
Məhkəmə isə Helin Avşarın barəsində 4 ay, S.Yaşarın barəsində isə 25 günlük həbs qərarı çıxarıb. Lakin sonda Helin Avşarın cəzası 3 ay 10 günə qədər endirilib və cəza 5 ilə qədər ertələnib.