Qayınanasından Könül Kərimovaya: "Getsin mahnısını oxusun" - FOTO

24-08-2017, 10:49           
Qayınanasından Könül Kərimovaya: "Getsin mahnısını oxusun" - FOTO
Tanınmış müğənni Könül Kərimova qayınanasından danışıb.

GoldNews.az xəbər verir ki, milli.az-a açıqlama verən müğənni qayınanasının həmişə ona dəstək olduğunu bildirib.

"Bir neçə dəfə istəmişəm ki, sənətdən gedim. Yeni ailə həyatı quranda efirə çıxmaq istəmirdim, həvəsdən düşmüşdüm. Evdə ancaq mətbəxdə bişirib-düşürürdüm. Bir də gördüm ki, qayınanam mənim üçün xəbər yollayıb ki, o gəlinə deyin ki, mətbəxin yanından çəkilib, gedib mahnısını oxusun. Onun bu sözü mənə böyük stimul oldu. Başqa qayınana olsaydı, bəlkə də elə deməzdi. O mənim həm xalamdır, həm də qayınanam. Həmişə mənə dəstək olub, məni bütün gəlinlərindən çox istəyib", - deyə müğənni bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru