"Qarabağ" udsa, qol vuran futbolçunu Türkiyəyə dəvət edəcəm deyən Naz, sözü "fırlatdı"

24-08-2017, 13:44           

Türkiyədəki evlilik verilişinə qatıldıqdan sonra fotoları və replikaları ilə gündəm olan azərbaycanlı gəlin namizəd Naz Mila ( Müşginaz) ötəngünkü "Kopenhagen" - "Qarabağ" qarşılaşması ilə bağlı vəd vermişdi. O bildirmişdi ki, "Qarabağ" qalib gələrsə, qol vuran futbolçunu Türkiyəyə dəvət edəcək.
"Onu 3 gün ən bahalı maşın və otellə təmin edəcəm".

teref.az Milli.Az-a istinadən bildirir ki, oyundan sonra Naz verdiyi sözlə bağlı paylaşım edib. Naz qeyd edib ki, "Qarabağ" qalib gəlmədiyinə görə vədi qüvvədən düşmüş hesab olunur.

"Qarabağ" udsa, qol vuran futbolçunu Türkiyəyə dəvət edəcəm deyən Naz, sözü "fırlatdı"
"Xatırladım ki, turu keçərsə, deməmişəm, qalib gələrsə, demişəm. Ona görə də qonaqlıq yoxdu. Amma canımız qurban olsun vətənimizə. Dino gəlsə, başımız gözümüz üstündə yeri var. Mən qələbəni qeyd etmək üçün Türkiyəyə gedirəm".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru