"Balıq" Hafiz nifrət etdiyi şortiklə tutldu FOTO

27-07-2015, 12:41           
"Balıq" Hafiz nifrət etdiyi şortiklə tutldu FOTO
Bakıda şortik geyinən kişiləri “kislota” ilə hədələyən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin özü də istirahət mərkəzlərindən birində şortikli vəziyyətdə görüntülənib. Bu şəkillər barədə Modern.az-a açıqlamasında H.Hacıyev bildirib ki, o, həmin sözləri deyərkən “ictimai yerlərdə şortiklə gəzmək olmaz” deyib.

“Mən yenə də fikrimin üstündə qalıram, şəhərin mərkəzində, məsələn, Fəvvarələr meydanında və yaxud da bulvarda, insanların gözü önündə şortiklə gəzmək düzgün deyil, oraya qızlarımız, gəlinlərimiz də gəlir.

Yoxsa ki dənizkənarında istirahət edən adam əlbəttə ki, sərbəstdir, istədiyi kimi də geyinə bilər. Belə şeylərə çox normal baxmaq lazımdır, burada qəbahət bir şey yoxdur. İstirahətə gedən, dənizdə olan adam şalvarla dənizə girəsi deyil ki. Birmənalı şəkildə bu olmalıdır, amma mənim söylədiklərimi çox təəssüf ki, media nümayəndələri kimə necə sərf edirsə, eləcə də yozurlar. Hamı dənizdə şortiklə gəzə bilər, biz məgər adam deyilik? Yəni ki, bu məsələdə mənim fikirlərim düzgün şərh edilmir. Mən yenə də fikrimin üstündə qalıram, şəhərin mərkəzində çimmək üçün şərait yoxdursa, orada şortiklə gəzməyin nə əhəmiyyəti var, özünü kimə göstərirsən..?”.

Xatırladaq ki, H.hacıyev bir neçə gün öncə şortik geyinən kişilər haqda belə deyib: “Onlara qarşı bir tədbir görülməlidir. Əsasən ictimai qınaq olmalıdır. Misal üçün şortik geyinən kişiləri fitə basmalıdırlar, onları saxlayıb lağa qoyub, qıçasına “kislota” tökmək lazımdır ki, o tövbə edib bir daha şortik geyinməsin”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.