"Nəslində kişi olsaydı,..." - Toliklə Naz davaya çıxdı - FOTO

13-09-2017, 14:05           

Türkiyədə izdivaç veriliş ilə məşhurlaşan gəlin namizəd Naz Mila bu dəfə prodüser Tarix Əliyevlə (Tolik) qalmaqal yaşayıb.

Mia.az axsam.az-a istinadən xəbər verir ki, tərəflər sosial şəbəkədə bir-birinin ünvanına təhqirlər yazıb.
Nazın "Qarabağ"dan kim "Çelsi"yə qol vursa, onun imzasını ombama döymə etdirəcəm" sözləri Toliki özündən çıxarıb.

Prodüser Nazın ünvanına bunları deyib: "Bu da özünü böyük adam hesab edir. Sənin özün nəsən ki, omban da nə ola. Verilişimdə bu qızı biabır edəcəyəm. Bu, nə işə qulluq edir? Türkiyənin varlı kişilərinin yanında "Qarabağ"ın adını çəkir. Guya, bu, bizim adımızı Türkiyədə pozğunluqla ucalara qaldırıb? Canlı efirdə bunun qohumlarına səslənəcəm ki, nəslinizdə bir kişi tapılmadı buna nəsə desin? Yazıq sənin qızının halına, sənin kimi anası var. Get Ağaoğlunun qardaşına məndən şikayət et. Bəlkə sənə sahib çıxdı. Sənin kimilər "Qarabağ"dan danışmasa yaxşı olar".

Naz isə onun bu sözlərinə əhəmiyyət vermədiyini deyib və onu məhkəmə ilə hədələyib:

"Tolik qorxusundan məni blok edib. Mesajımı mütləq ona çatdırın. Mənim ombamdan sənə nə dəxli? İkinci isə kül sənin başına ki, məni səhifəndə xəbər etmisən. Sən nə işə qulluq edirsən bəlli deyil. Məndən yazanlara ar olsun demisən. Bəs sən niyə səhifəndə məndən yazmısan? Sonradan görmə, sənin verilişini izləyən var? Səni biabır etmək lazımdır ki, durub tanımadığın insanlara sataşırsan. Sənə nə var mən kiməm, nəçiyəm? Qoymurlar həyatımızı yaşayaq. Yazdıqlarını çəkib götürmüşəm. Gəlib orada səni məhkəməyə verərəm".

"Nəslində kişi olsaydı,..." - Toliklə Naz davaya çıxdı - FOTO













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.