ANS-in keçmiş aparıcısı: "O şəkillərdəki mən deyiləm"

27-07-2015, 17:02           
ANS-in keçmiş aparıcısı: "O şəkillərdəki mən deyiləm"
"Mənim haqqımda mətbuatda yayılmış məlumatların heç bir əsası yoxdur. Bunu özümə qarşı təxribat kimi qiymətləndirirəm. Belə yalan xəbərlər yayalan saytlar məhkəmə qarşısında cavab verəcəklər”.

Bunu Movqe.az-a açıqlamasında teleaparıcı Zəhra Rüstəm-Osmanova mətbuata barəsində yayılmış məlumatlara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hazırda heç bir yerdə işləmir və onu yalnış olaraq telekanallardan birinin əməkdaşı kimi təqdim edirlər: "Məlumatlarda adıçəkilən sərgi iki əvvəl keçirilib. Mən həmin sərgidə əsərlərimi nümayiş etdirmişəmsə, bu o demək deyil ki, həmin fotolardakə şəxs mənəm. Qətiyyən belə deyil, o gürüntülərdəki şəxs mən deyiləm. İki il əvvəlki tədbir barədə dünən olubmuş kimi xəbər yaymaq və üstəlik, həmin məlumatlara şəxsimə yönəlik təhqiredici başlıqlaqlar qoymaq təkcə peşəkarlıq səviyyəsini göstərmir. Bu həm də mənəviyyatdan uzaq davranışdlr. Kim bunu edib, nə məqsədlə edib, hamısını məhkəmə aydınlaşdıracaq. Bir daha hər kəsin nəzərinə çatdırıram ki, yayılmış fotolardakı şəxs mən deyiləm. Bunu edən adamlar əməllərindən utansınlar. Heç kəs onlara haqq verməyib ki, insanların heysiyyatına toxunsunlar”.

Z.Rüstəm-Osmanova onu da qeyd edib ki, hazırda məsələ vəkili tərəfindən araşdırılır.
Xatırladaq ki, bəzi saytar vaxtıilə ANS telekanalında "Ağıl Dəryası" intellektual verilişin aparıcısı olan, keçmiş aparıcısı Zəhra Rüstəm-Osmanovanın çəkdiyi çılpaq şəkilləri onun fotoları kimi tədim edib. Saytların əksəriyyəti iddiasına görə, fotolardakı çılpaq xanım Zəhra Rüstəm-Osmanovadır. Və o, bu şəkilləri ana olmazdan öncə çəkdirib. Saytların məhz bu başlıq altında verdiyi xəbər böyük rezonansa səbəb olub. Qeyd edək ki, həmin çılpaq fotolar Yeni Gallery” Bakı İncəsənət Mərkəzində "Üç künc” adlı sərgidə nümayiş olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.