Əli Mirəliyev: “Anan bu hala düşəcəyini bilsəydi aborta gedərdi”

27-07-2015, 18:10           
Əli Mirəliyev: “Anan bu hala düşəcəyini bilsəydi aborta gedərdi”
Ruminiyalı homoseksual müğənni Azisin Bakıda baş tutan konserti cəmiyyət arasında birmənalı qarşılanmayıb. Konsert zamanı xanımların və bəzi kişilərin azisə qarşı göstərdikləri ilgi bir sıra tənqidçiləri bu haqda danışmağa vadar edib.

Moderator.az-a açıqlama verən müğənni Əli Mirəliyev də Azisin Bakıdakı konsertinə müsbət yanaşmadığını deyib:

“Biz komunizim dövründə yaşamışıq, o zamanı bəyənmirik. Amma həmin vaxtlar belə şeylər yox idi. İnsanlarımız adətlərinə, dinlərinə bağlı idi. Cəmiyyət inkişaf edirdi ,sağlam ailə, təhsil, tibb modeli formalaşmışdı. İndiki bir qrup gənclərə, tələbələrə, baxıram onların bu əməlləri nə cəmiyyətimizə, nə ölkəmizin inkişafına töhvə verməyəcək. Televizyalar bütün günü efirlərində bayağı verlişlər verərək insanların zövqünü korlayırlar. Bizim Üzeyirimiz olub, Muğamımız Alimimiz var, hansı ki, bütün dünya dinləyir. İndi bir Azisi dəstəkləyən, onu qarşılamaq üçün can-fəşanlıq edən gənclərdən nə gözləyəsən? Meymun kimı çıxır səhnədə atdanıb-düşür, bilmirsən kişidir, yoxsa qadın. Ana uşaq dünyaya gətirir ki, övladı böyüsün, təhsil alsın, ailə qursun. Bəzi kişiciklər gedib öz cinsi ilə evlənir onlara deməyim odur ki, anan bu hala düşəcəyini bilsəydi aborta gedərdi.”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.