Elgizdən haqqında yayılan xəbərlər barədə açıqlama

23-09-2017, 09:49           

Dünən axşam saatlarında yerli mediada Elgiz Əkbərin aparıcılıq etdiyi “Səhər-səhər” verilişdən qovulması barədə xəbərlər yayılıb.

Buna səbəb kimi onunla verilişə dəvət etdiyi qonaq arasında yaranan mübahisə göstərilir.

Məlumatda qeyd olunur ki, Elgiz qonağın ünvanına xoşagəlməz ifadələr işlədib. Verilişdən sonra iclasın keçirildiyi və ARB kanalının rəhbərliyinin qərarı ilə aparıcının vəzifədən uzaqlaşdırıldığı bildirilir.

Deyilənlərlə əlaqədar Bizimyol.info əməkdaşı Elgiz Əkbərlə əlaqə saxlayıb. O, bu barədə xəbərsiz olduğunu bildirib:

“Siz rəhbərlikdən soruşun qərarları haqda. Mənim xəbərim yoxdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru