ATV-nin yeni rəhbəri dəyişikliklər barədə DANIŞDI - “Heç kim işdən çıxarılmayıb”

26-09-2017, 17:55           
ATV-nin yeni rəhbəri dəyişikliklər barədə DANIŞDI - “Heç kim işdən çıxarılmayıb”
Bu gün ATV telekanalına yeni rəhbər təyin olunan Azər Xəlilov 32 nəfərin işdən çıxarılması ilə bağlı KİV-lərdə yayılan məlumatlara münasibət bildirib.

A.Xəlilov AzVision.az-a açıqlamasında deyib ki, telekanallarda kütləvi ixtisarın başlaması ilə bağlı xəbərlər həqiqətdən uzaqdır.

“Heç kim işdən çıxarılmayıb. Kim gedirsə, öz istəyi ilə gedir. Bu məsələ ilə bağlı kadrlar şöbəsi məlumat yayacaq”.

Qeyd edək ki, təsisçilərin qərarına əsasən Vüqar Qaradağlı ATV telekanalının rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. Kanalın idarəçiliyi müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru