"Bozbash Pictures" və "Bacanaqlar" serialının yayımı dayandırıldı

27-09-2017, 18:47           
"Bozbash Pictures" və "Bacanaqlar" serialının yayımı dayandırıldı
ATV telekanalında kadr dəyişiklikləri davam edir. AzVision.az-ın məlumatına görə, İctimai-siyasi verilişlər departamentinin baş redaktoru Vaqif Aydınoğlu müvəqqəti olaraq “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) vitse-prezidenti vəzifəsinə təyin olunub.

İctimai-siyasi verilişlər departamenti isə müvəqqəti olaraq Ceyhun Əliyə tapşırılıb. ATV-nin yeni rəhbərinin qərarı ilə telekanalda yayımlanan "Bozbash Pictures" və "Bacanaqlar" serialının yayımı dayandırılıb. Yaxın günlərdə telekanalın strukturunda ciddi islahatların aparılacağı gözlənilir. Bundan əlavə bəzi əyləncəli verilişlərin də bağlanacağı bildirilir.

Qeyd edək ki, ötən gün ATV-nin təsisçilərinin qərarına əsasən Vüqar Qaradağlı telekanalın rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. Kanalın idarəçiliyi müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru