Qaradağlı ATV-dən görün nələri APARMAQ İSTƏYİRMİŞ

28-09-2017, 14:02           
Qaradağlı ATV-dən görün nələri APARMAQ İSTƏYİRMİŞ
ATV-nin keçmiş prezidenti Vüqar Qaradağlı işdən ayrılarkən özüylə çox bahalı bəzi avadanlıqları da aparmaq istəyirmiş.

"Ölkə.Az"-a daxil olan məlumatda bildirilir ki, xüsusən canlı yayım üçün nəzərdə tutulan və dəyərli milyon manatla ölçülən avadanlıq (bu avadanlıq canlı yayımı 5 dəqiqə gecikdirir-red.) məhz Qaradağlı telekanala rəhbər təyin edildikdən sonra alınıbmış. Keçmiş prezidentin ATV-dən aparmaq istədiyi digər avadanlıqlar isə 100-150 min dəyəri olan kameralar imiş. Ancaq telekanalın mühafizə xidmətinin müdaxiləsindən sonra V.Qaradağlı və komandası bu istəklərindən əl çəkiblər.

Xatırladaq ki, V.Qaradağlının tutduğu vəzifə müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.

Qeyd edək ki, “CBC” telekanalı əvvəllər ATV -nin tərkibində "ATV International" kimi fəaliyyət göstərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru