ATV-nin aparıcısından müğənnilərə sillə kimi cavab: “Çox çirkin görünürsüz!”

28-09-2017, 18:47           
ATV-nin aparıcısından müğənnilərə sillə kimi cavab: “Çox çirkin görünürsüz!”
ATV rəhbərliyinin işindən kənarlaşdırılması ilə bağlı qalmaqal səngimək bilmir.
Xəbər verdiyimiz kimi, müğənni Nura Suri, Ayan Babakişiyeva və digərləri ATV-nin rəhbəri Vüqar Qaradağlı haqqında ağır ittihamlar irəli sürüblər. Sənətçilər bildirilər ki, televiziyanın rəhbərliyi öz istəyi ilə onları pulsuz toy məclsilərində, şou-proqramlarda çıxış etməsini tələb edib.
Bu tələbi rədd edənlər isə uzun illər televiziyanın “qara siyahı”sına düşüb. Müğənnilərin ittihamlarına ATV-nin sabiq rəhbərliyi tərəfindən cavab gəlməsə də, televiziyanın aparıcıları, o cümlədən Zülfiyyə Bayramova məsələni cavabsız qoymayıb. Aparıcı sosial şəbəkə vasitəsi ilə həmin müğənnilərə səslənib:
“Bəzi manısların yazilarını oxudum, ürəyim bulandı. O adamlar ki, ATV hesabına tanınmışdılar, indi nə etmək istəyirlər? Özlərini süddən çıxmış ağ qaşıq kimi gözə soxmaq istəyirlər? ATV rəhbərliyinə siz lazim deyilsiz. Əksinə, siz özünüz gözləyirdiz ki, necə edək, ATV-nin hansısa tədbirinə düşə bilək. Çox çirkin görünürsüz. Necə ki, efirlərə “prokat”lardan paltar götürüb geyinirsiz, eləcə də vicdanı olan birindən bir saatlıq vicdan “prokat” götürün və etdiklərinizə baxın. Ayıbdır... “












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.