“Terminator” geri dönür – Vaxt açıqlandı

29-09-2017, 09:20           
“Terminator” geri dönür – Vaxt açıqlandı
Məşhur “Terminator” filminin yeni seriası çəkiləcək.

“Terminator” film seriyasının yaradıcısı Ceyms Kameron seriyanı düzgün səmtə yönləndirməyi söz verib.

Yeni film, klassik trilogiyaya son qoyacaq və yeni trilogiyanın yaranmasına imkan verəcək.

“Biz, Terminator və Terminator 2 filmlərindəki hadisələrin davamını çəkəcəyik. Beləliklə yerdə qalan filmlərin isə sadəcə olaraq qorxulu yuxu olduğunu hesaba alırıq”, – deyə Ceym Kameron bildirib.

Filmin rejissoru isə “Deadpool”u çəkmiş Tim Miller olacaq. Artıq qocalmış Arnold Schwarzenegger və Linda Hamilton, T-800 və Sarah Connor rollarına geri qayıdacaqlar. Öncəki konsepsiyalarda Terminator obrazının cavanlaşdırılması ideyasından Kameron imtina edib.

Yeni “Terminator 3” filminin 26 İyul 2019-cu ildə izləyicilərə təqdim olunacağı açıqlanıb












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru