Tahir Əkbər türk müğənnini məhkəməyə verir - Video

29-09-2017, 09:44           
Tahir Əkbər türk müğənnini məhkəməyə verir - Video
Tanınmış bəstəkar Tahir Əkbər türkiyəli müğənni Nazlımı məhkəməyə verməyə hazırlaşır.

Bu barədə Kult.az-a bəstəkar özü məlumat verib. O bildirib ki, müğənni onun “Əzizim” mahnısını oğurlayıb:

“Mahnının sözləri və musiqisi mənə aiddir. “Əzizim”i ilk dəfə 1989-cu ildə müğənni Nisə Qasımova ifa edib. Türklər isə bundan bir neçə il sonra mahnını öz adlarına çıxıblar. Türkiyədə Nazlım adında bir xanım müğənni var. Həmin müğənni 1990-cı illərdə bu mahnını ifa edib. Guya ki, mahnının bəstəkarı Nazlım xanımın oxuduğu orkestrin kanon ifaçısıdır. Düzdür, həmin şəxs indi vəfat edib, lakin mahnının sözlərini dəyişən şair həyatdadır”.

Bəstəkar sözügedən məsələ ilə bağlı yaxın günlərdə Türkiyəyə yola düşəcəyini bildirib:

“Bir-iki günə Türkiyəyə gedəcəyəm. “Əzizim” mahnısı ilə bağlı bütün sənədlərim yerindədir, əsərin bütün notları yazılı şəkildə əlimdə var. Bu əsər vaxtilə Azərbaycanda Bədii Şuradan da keçib. Gedirəm ki, onları məhkəməyə verim. Onu da deyim ki, bu məsələ ilə bağlı bir dəfə Türkiyə səfirliyinə də getmişəm. Hətta səfirin həyat yoldaşı Məltəm xanım mahnıya qulaq asıb və bundan sonra məndən üzr istəyib. Türkiyəyə gedəndə də həmin xanımla mütləq əlaqə saxlayacağam”.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.