Nadir Qafarzadənin türk düşmənçiliyi: ATV-də qalmaqal – VİDEO

29-07-2015, 13:26           
Nadir Qafarzadənin türk düşmənçiliyi: ATV-də qalmaqal – VİDEO
Müğənni Nadir Qafarzadə “Azərbaycanın səsi” musiqi yarışmasında iştirak edən türk iştirakçıya əsəbiləşib.
Müsabiqədə münsif olan müğənni iştirakçı Davud Gülün türkcə mahnı ifa etməsinə iradını bildirib:
“Davud Ahmet Kayanın “Kafama sıkar giderim” mahnısını ifa etdi. Bu tərz mahnıları sevmirəm. Qardaş ölkədən gəlib xoş gəlib. Hörmət edənə də, etməyənə də hörmət edirik. Mən pis insan olsam da, xalqımı, musiqimizi sevən biriyəm. İstiyirəm ki, iştirakçı Azərbaycan dilində oxusun. Onun içindən gəlməlidir ki, Azərbaycandadırsa,bu dildə oxumalıdır”.
Daha sonra “Ayrılıq” mahnısının ifa edən Gülə müğənni yenidən iradını bildirib. Bu zaman Qafarzadənin sözü kəsilərək anons efirə verilib. Müğənninin türk ifaçıya qarşı aqressiv olması, diqqətdən qaçmayıb. Qeyd edək ki, Nadir Qafarzadə Bakının qonağı olan Azərbaycan əsilli müğənni Sami Yusifi təhqir etdiyi üçün “Gün üzü” verilişində sözü kəsilərək, proqramdan uzaqlaşdırılmışdı.
[media=https://www.youtube.com/watch?t=59&v=DQAAmf4g62U]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.