Yol polisi müğənni və müəllimin maşınını cərimə meydançasına apardı - Görün nələr baş verdi

3-10-2017, 14:25           

Müğənni cərimə olunmadan maşını sürüb gedib, müəllimə isə cərimə ödəyib
Bakı Dövlət Universiteninin jurnalistika fakültəsinin müəllimi Sevinc Əliyeva Facebook-da maraqlı bir status paylaşıb. Avtosferaz xəbər verir ki, S.Əliyeva bildirir ki, avtomobili düzgün park etmədiyi üçün Statistika Komitəsinin yaxınlığından cərimə meydançasına aparılıb. O avtomobilini oradan götürmək üçün duracağa gedib. Həmin vaxt duracağa müğənni Nura Suri də gəlib.
Müğənni “1 qəpik də ödəməyəcəyəm və maşın burdan çıxacaq” deyib 006 nömrəli “Porshe”sini sürərək gedib. Sevinc Əliyeva isə cəriməsini ödəyib. İndi BDU-nun müəllimini bir sual maraqlandırır. Məgər müğənnilər cərimə ödəməkdən azaddırlar? Və ya cəmiyyətdə müəllimlə müğənninin fərqi, onlara qoyulan hömət budur?
Yol polisi müğənni və müəllimin maşınını cərimə meydançasına apardı - Görün nələr baş verdi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru