Xalq artistimiz Elnarə Abdullayevaya qarşı çıxdı – VİDEO

6-10-2017, 09:01           
Xalq artistimiz Elnarə Abdullayevaya qarşı çıxdı – VİDEO
Xalq artisti Gülyaz Məmmədova əməkdar artist Elnarə Abdullayevanın “Oğluma müğənni almaram” sözlərinə qarşı çıxıb. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan xalq artisti əməkdar artistin fikirləri ilə razı olmadığını deyib: “Oğlumun müğənni ilə ailə qurmasını niyə istəməyim ki? “Oğluma müğənni qız almaram” sözünü mənim tələbə yoldaşım Elnarə Abdullayeva işlətmişdi. Bu, mənim sevmədiyim kəlmədi. Bu, onun öz fikridi. Yəqin, bu sənətdə əzab çəkib. Yəqin, istəyib gəlini evdar olsun. Mənim oğlum müğənni qız istəsə, uzlaşsalar, alaram. Mənim özüm də bu sənətin içindəyəm. Bu sənət gözəldir. Bu aləmin içində şəxsi həyatını özün qura bilmirsənsə, səhvlərə yol verirsənsə, sənətin burda nə günahı var?”.
[media=https://www.youtube.com/watch?v=IHMQ9otyas0]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru