TOLİK: "BƏZİLƏRİNİN MASKALARI CIRILACAQ, HAMI ÖZÜNÜ "BOMBA OĞLAN" KİMİ GÖSTƏRMƏYƏ ÇALIŞIR" - VİDEO

8-10-2017, 13:09           

Xəbər verdiyimiz kimi, bu gün saat 22:15-də, "ATV" telekanalında əməkdar artist Murad Dadaşovun təqdimatında "Maşın" realiti-şousunun 15-ci sürəti olan "Xanımlar vs cənablar" adlı yeni buraxılışı start götürəcək. Vaxtilə həmin verilişdə iştirak etmiş tanınmış prodüser Tarix Əliyev (Tolik) bu barədə İnstaqram hesabından açıqlama verib: "Sabah hamı ATV kanalına - "Maşın" şouya baxacaq. Amma birisigündən bəzilərinin maskaları cırılacaq, həyasızlığı, yalançı and içmələr, kişilik iddiası... "Maşın" şouda canlı efir vaxtı hamı özünü "bomba oğlan" kimi göstərməyə çalışır. Amma inanın ki, onların əsl üzünü axşam oteldə görənlər operatorlar, bir də Murad Dadaşov olur. Mən bu "Maşın"da Səidə ilə də pis oldum. Emosiyalar... Amma bir tək şeydən həmişə qorxdum: Murad müəllim məni Azərbaycan xalqına Əliyev Tarix kimi tanıdırdı. Həmişə demişəm... Amma o "Maşın"da xalqın gözündən düşənlər də oldu. Düzdü, "Maşın" qurtardı, amma bəzən ürəklərdə pis xatirələr qalır. Yadımdan çıxmışdı: bəziləri elə bildi ki, kasıbları işsiz qoyub, nə bilim, gedib haranısa bağlamaqla qabağa gedəcək, gedirlər". O, açıqlaması ilə yanaşı, aşağıdakı videonu da paylaşıb:
primetime.az

Sabahdan hami Atv kanalina @mashinshow15 baxacag













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru