Acundan azərbaycanlı çobana möhtəşəm jest (VİDEO)

9-10-2017, 09:34           

Türkiyənin TV8 kanalında yayımlanan "O ses Türkiye" yarışmasında maraqlı hadisə yaşanıb.

Ölke.az xəbər verir ki, az öncə yayımlanan bölümdə iştirak edən və bir müddət öncə Azərbaycan mediasının tirajlamasından sonra səsi ilə hamını valeh edən və Neftçaladan olan çoban Pərvin Səfərov müsabiqə münsiflərinin rəğbətini qazana bilib. Belə ki, dörd münsifdən üçü Pərvini komandasında görmək istəyib.
Oxuduğu mahnıdan sonra öz həyatından bəhs edən Pərvin İstanbulda olmağın həmişə xəyalı olduğunu deyib. Proqramın aparıcısı tanınmış televiziyaçı Acun İlıcalı Pərvin üçün İstanbul gəzintisi təşkil etməyi əməkdaşlarına tapşırıb.
Acunun bu addımı zalda müsabiqəni izləyən tamaşaçılar tərəfindən də alqışla qarşılanıb.
[media=https://www.youtube.com/watch?v=T2WRM-twXCA]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru