Yıldız Tilbe azərbaycanlı ifaçıya görə tənqidlərə məruz qaldı - VİDEO

9-10-2017, 11:45           
Yıldız Tilbe azərbaycanlı ifaçıya görə tənqidlərə məruz qaldı - VİDEO
“O səs Türkiyə”də azərbaycanlı ifaçı Pərvin Səfərovun şivəsini bəyənmədiyinə görə Yıldız Tilbe sosial şəbəkələrdə tənqidlərə məruz qalıb.

Belə ki, müğənni ifaları ilə məşhurlaşan çoban Pərvin Səfərovun şivəsini bəyənmədiyi üçün dönmədiyini bildirib. “Seçəcəyim ifaçı türkcə yaxşı danışmalıdır” deyən Yıldız Tilbe daha çox türk izləyiciləri tərəfindən tənqid olunub.

Şərhlərin əksəriyyətində qeyd olunub: “Sizin azərbaycanlılara qarşı bu davranışınızı anlaya bilmədik. Pərvin Səfərov bizim qardaşımızdır və o, əsl Azərbaycan şivəsində oxudu. Bizim dilimiz də, dinimiz də eynidir, sadəcə, şivəmiz fərqlidir. Sizin də bizim türklüyümüzə sayqı duymağınızı istəyirik”.

Xalidə
Musavat.com
[media=https://www.youtube.com/watch?v=f1RyNeQ7k5Q]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru