Çakır "Eşkiya"dan ayrılır? - Müəmmalı paylaşım

20-10-2017, 13:24           

“Eşkiya dünyaya hükümdar olmaz” serialında ifa etdiyi “Hızır” rolu ilə hamını özünə heyran qoyan məşhur aktyor Oktay Kaynarcanın sosial şəbəkədə yazdığı sözlər təəccüblə qarşılanıb.

Yenicag.az xəbər verir ki, aktyorun paylaşımından digər baş rolun ifaçısı Deniz Çakırın serialı tərk edəcəyi anlaşılıb:

“Həyatımızda bəzi yolayrıcıları olur, bəzən istəyərək, bəzən istəmədən. Kimin kimə nə qədər dəyər verdiyi, qurulan dostluqların həqiqi olub-olmaması o yolayrıcıları vasitəsilə məlum olur. Yol nə olur-olsun davam edir, bəzən azalaraq da çoxala biləcəyimizi unutmadan…”

Qeyd edək ki, Deniz Çakır və Oktay Kaynarca vaxtilə real həyatda da sevgili olublar. Onlar münasibətləri ilə uzun müddət maqazin gündəmində olublar.

Həmin paylaşımı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru