“Oteldə kimi masaj etmişəm?” - Vüsalə ilə “Pişik” Günel arasında qalmaqal daha da böyüyür

24-10-2017, 22:15           

Aparıcı Vüsalə Kərimova ilə müğənni “Pişik” Günel (Ələkbərova) arasında “Maşın” realiti şousunda təməli qoyulan qalmaqal böyüməkdədir.

Cebhe.info xəbər verir ki, G.Ələkbərova “Maşın”dan gedəndən sonra V.Kərimova bağlı ittihamlar səsləndirdi. Qarşı tərəf qafqazinfo vasitəsilə ittihamlara cavab verib:

Mübahisə zamanı otaqda bir söz işlətdim. Bu söz sən demə ismətli, abırlı, həyalı və qız uşağı kimi gəlin gedən Günel xanımın xətrinə çox pis dəydi. Mən sizi əmin edirəm ki, Günelin bu yaşa kimi eşitdiyi ən tərbiyəli söz mənim dediyim idi. O qədər əxlaqsız sözlər eşidib ki, mənim dediyim onun üçün elə-belə şey idi. Özü-özündən çıxdı. Elə başa düşdü ki, camaat onu tanımır. Belə yerdə deyirlər:

“Tülkü kola girir, quyruğundan xəbəri yoxdur”. Sən məni oğlumla yaşıd hansısa bir kişiylə tutmusan? Oğlumun 17 yaşı var. Əgər söhbət Yaşardan gedirsə (müğənni Yaşar Cəlilov - red) onun 17 yox, 28 yaşı var. Demək, söhbət başqa adamdan gedir. O başqa adamı görmək istəyirəm. Günel xanımın gördüyü adamı görmək istəyirəm. Oğlum Türkiyədən mənə mesaj yazdı ki, ana bu, nədir, ağzına gələni danışırlar.

Bir o sözə görə, Güneli həyata baxışına peşman edərəm. Deyib ki, oteldə birini masaj etmişəm. Kimi masaj etmişəm? Günel, sən öz əxlaqınla mənim əxlaqımı bir tutursan? Sən mənim əxlaqıma çata biləcək adam deyilsən. Səndə əxlaqın “ə” hərfi yoxdur. “Pişik” Güneldən nə gözləyə bilərsən? O, qoltuğuna nikah şəhadətnaməsini vurub şellənir, arxasında olanlardan xəbəri yoxdur. Təklif edirəm ki, boyunu çevirib geriyə baxsın. Görsün ki, arxasında nələr töküb gəlib? Toyundan 10 gün əvvəl Fərrux adındakı nişanlısı onu qoyub qaçmışdı. Bir il sonra müsahibə vermişdi ki, Günel mənə xəyanət etdi. Toyundan 3 gün qabaq nişanlısına xəyanət etdiyi üçün oğlan qaçmışdı. Hələ Bakıda ev kirayə götürüb kimlərlə qaldığı illərə qayıtsın. O insanlar arasında qızlar, ya oğlanlar qaldığına bir qayıtsın.

Lazım olarsa mən qayıdım. Həyat yoldaşı dediyi insan çıxıb mənimlə danışmaq istəyirsə, danışsın. Amma kimlə bağlı mənlə danışacaq? Onun haqqında nə deyirəmsə, əcəb edirəm. Bəs onun arvadı ağzının qatığını dağıdanda ər harda idi? Niyə o ər Günelin qulağını burub yanında otuzdurub demədi ki, ay qız, sən onu filankəslə görmüsən? Həmin ər qabağıma çıxıb deyəcək ki, arvadımı kiminləsə görmüsən? Ona “dux” istəyirəm. Onların qarşısına hüquqlarını müdafiə edən kimsə çıxmayıb. Onun kimi yekə ağızlı insanların ağzını büzsün, bir də belə qələt eləməsin”.

Günel Ələkbərova isə Cebhe.info-ya açıqlama verməkdən boyun qaçırıb. Öncə müxbirimizə qarşı kobudluq edib. Daha sonjra səsini qaldıraraq, “Vüsalə kimdir ki, haqqında danışım” - deyərək, telefonu bağlayıb.

Xatırladaq ki, Günrel Ələkbərova “Vüsalə Kərimova şouda qalsın deyə, birini masaj edir, o birinə bilmirəm nə edir ki, onun şəklini atmasınlar. Hətta, onunla eyni televiziyada işləyən həmkarları da ona qarşıdırlar. Sən kimsən ki?! Oğlun yaşında oğlanla görüşürsən”- deyə bildirmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.