ATV aparıcısı: "O, alçaq və şərəfsiz ..." FOTO

6-12-2017, 11:29           

Naməlum şəxs ATV kanalının aparıcısı Aytən Səfərovanın adından istifadə edərək dələduzluq edib.

Kult.az xəbər verir ki, Aytən Səfərova bu barədə Feysbukda məlumat yayıb. O bildirib ki, dələduz onun adından Qobuda yaşayan şəxslərdən pul istəyib:

“Bu gün səhər mənə Qobudan zəng gəldi. Yaşlı xanım iddia edir ki, mənim adımdan Naim (və ya Naib) adlı şəxs camaata qarşı dələduzluq edir. Deyir ki, guya mənə məxsus şirniyyat evi var, bu şirniyyatları guya satır, guya mənim işçimdir. Camaatdan (həmin qadının iddiasına görə) “maşın xarab olub” adı ilə 200 AZN alıb. Saxta mobil nömrə qoyub və yoxa çıxıb. Bu ağbircək də xalq arasında hörmətim olduğu üçün inanıb. Əziz soydaşlarım, mənim heç bir obyektim, mülküm, hətta mənzilim belə yoxdur. Mənim işçilərim, şəxsi biznesim yoxdur. O, alçaq və şərəfsiz kimdirsə, aldanmayın! Mənim adımı hallandıran hər kəsə layiqli cavab verin və ya dərhal mənə xəbər edin. Dələduzları məsuliyyətə cəlb etmək lazımdır”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.