Vikipediya Kərimzadəni kürd etdi: qızı danışdı - FOTO

12-12-2017, 11:45           
Vikipediya Kərimzadəni kürd etdi: qızı danışdı - FOTO
Görkəmli yazıçı Fərman Kərimzadənin Vikipediyadakı bioqrafiyasının rus dili versiyasında milliyyəti kürd kimi qeyd olunub.

Bu barədə Kult.az-a danışan Fərman Kərimzadənin qızı, yazıçı, ssenarist Yeganə Kərimzadə atasının Azərbaycan türkü olduğunu bildirib:

“Atam kürd deyil, təmiz azərbaycanlıdır, milliyyəti türkdür. Ümumiyyətlə, bizim nəsildə kürd yoxdur. Düzdür, atam kürdlərlə qonşu olub, amma bunun bizimkilərə heç bir aidiyyəti yoxdur. Bunları kimlərsə özündən uydurur”.

Qeyd edək ki, F.Kərimzadə “Çaldıran döyüşü”, “Xudafərin körpüsü”, “Qarlı aşırım” kimi əsərlərin müəllifidir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru