Məşhur stilistin “nənə tumanı"nda ŞƏKİLLƏRİ yayldı
13-12-2017, 11:10
Əslən serbiyalı olan stilist İvana Sərt "nənə tumanı" deyilən uzun alt paltarı geyinib şəkil çəkdirib. Publika.az Türkiyə mətbyuatına istinadən xəbər verir ki, İvana Sərt "Antep Fıstığı” filmində rol alıb. Üstəlik, baş rolda. Çəkilişlər üçün Qaziantepə gedən İvana Sərt dünən instaqramda çəkilişlərdən şəkil paylaşıb və "Antepdə dəb belədir. Anam mənə uzun tuman geyindirib" yazıb. Ssenarisini Orxan Uslunun yazdığı, Oğuz Yalçının rejissorluq etdiyi filmin təqdimatı fevralda baş tutacaq. İvana Sərt rolu ilə bağlı bunları deyib: "Rolum asandır, əlavə müşahidə etməyimə ehtiyac yoxdur. Ətrafımda belə qadınlar var. Bir neçəsini ağlıma gətirəndə obrazı beynimdə oturtdum. Peker isə mənə aktyorluq texnikaları mövzusunda kömək olur".