Vahid Mustafayev yeni təşkilat yaratdı

21-12-2017, 10:20           
Vahid Mustafayev yeni təşkilat yaratdı
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev yeni təşkilat yaradıb. Modern.az xəbər verir ki, V.Mustafayevin sözlərinə görə, Azərbaycan Milli Kino və Animasiyaya Dəstək Layihəsi (www.amkad.org) yaradıblar!

“AMKAD ölkənin hər bir vətəndaşından imkanı çatmadığı yaradıcılıq layihələrinə dəstək olmaq üçün müraciətlər qəbul edir. Bundan əlavə, Azərbaycan haqqında film çəkən xarici vətəndaşlar da AMKAD-dan dəstək ala bilərlər”,-deyə o bildirib.

“Həmişə demişəm ki, incəsənət - yaşadığımız real həyatın yanında daha insani həyat yaratmaq cəhdidir! Təəssüf ki, vaxtı ilə sənətin incilərini görə bilən Azərbaycan gözləri bu gün para-para olub səviyyəsiz nankorlarların ciblərində eşələnir...
Sirr deyil ki, bu gün Azərbaycan incəsənəti özünün ən ağır günlərini yaşayır... və paradoks ondadır ki, xalqımızın gözlərindən bu qara vəsməni məhz incəsənət özü silə bilər” – V.Musayafayev deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru