Maqazin "Bizim bəzi müğənniləri bəzəyib efirə yox, "trasa" göndərmək lazımdır"

21-12-2017, 14:48           

Stilist Samirolda Röya, Nigar Camal və stilist Anar Ağakişiyev arasında yaşanan qalmaqaldan danışıb.

AZXEBER.COM-a danışan Samiraldo onların saxtakar olduqlarını iddia edib: "Qalmaqaldan uzaq gəzən insanam. Qarşıdan it ili gəlir amma bəziləri indidən başlayıb qapırlar. İkiüzlülər, ikidillilər başlayıb meydan oynatmağa. Qalmaqalda insanın ikiüzlülüyü ortaya çıxır. Bunlar hamısı bir-birini sevmirlər. Yalandan deyib- gülürlər. Hamısı mənim də üzümə gülüb, arxamca danışırlar. Balaca bir tədbir olan kimi, bunlar nə hoqqadan çıxırlar. Oldu keçdi, böyütmək lazım deyil. Barışan deyillər, çünki bir yerdə səmimiyyət yoxdu.”

Stilist müğənnilərin makyajlarını da sərt tənqid edib:

"Mənim dünyam başqadır. Bizim bəzi müğənniləri bəzəyib, efirə yox, trasa göndərmək lazımdır. Makyajı həddən artıq çox edirlər. Dəbə uyğun deyil”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru