Silvestr Stallone təcavüzdə ittiham olunur - AKTYOR MƏHKƏMƏYƏ VERİLDİ

21-12-2017, 16:00           

Amerikalı bir qadın məşhur Hollivud ulduzu Silvestr Stalloneni təcavüzdə ittiham edib.

Hurriyyet.org xəbər verir ki, həmin şəxs "Rembo"nu məhkəməyə verib. O iddia edir ki, insident 30 il qabaq, 1990-cı illərin əvvəllərində aktyorun ofisində baş verib.

Aktyor isə deyilənləri təkzib edir.

Kaliforniya ştatının hüquq-müfahizə orqanları məsələ ilə bağlı hələlik heç bir qərar verməyiblər. Onlar hadisənin üstündən uzun müddət keçdiyi üçün onu araşdırmağın mümkün olub-olmadığını düşünürlər.

Xatırladaq ki, Stallone artıq ikinci dəfədir eyni məsələdə ittiham olunur. Daha öncə də onun Las-Vesaqda 16 yaşlı qıza təcavüz etdiyi söylənilirdi. Deyilənlərə görə, "Rembo" qızı hədələyərək bu işi ört-basdır edibmiş. Aktyor o zaman da ittihamları qəbul etməyərək onları “həqiqətdən uzaq uydurma” adlandırmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru