Röyanın "cəbhəsin"dən Aygünə sərt cavab - VİDEO

22-12-2017, 16:31           
Röyanın "cəbhəsin"dən Aygünə sərt cavab - VİDEO
ARB TV-nin “Səhər-səhər” verilişində əməkdar artist Aygün Bəylərin əməkdar artist Röya Ayxanı sənətkar saymaması və onun bostanını daşlaması müğənninin yaxın dostu, keçmiş prodüseri Kənan Bayramovun qəzəbinə tuş gəlib.

teref.az xəbər verir ki, yenicag.az-a açıqlama verən K. Bayramov A. Bəylərin 3 il əvvəl də belə “səhv etdiyini” xatırladıb:

“Aygün Bəylər o vaxt da Roya xanımın dinləyiciləri barədə “səviyyəsiz” ifadəsini işlətmişdi. Mən həmin vaxt onun cavabını verdim. Sonradan özü telefonla məni yığdı və and-aman etdi ki, elə söz deməmişəm. Söhbət radiolardan birində olmuşdu. Aygün həmin vaxt aparıcı ilə qırğına çıxdı. O da lent yazısını ortaya çıxartdı və sübut etdi ki, həqiqətən də Aygün o sözləri deyib. İndi yenə də Röyanın əleyhinə danışmağa başlayıb. Röyanın müdafiəyə ehtiyacı yoxdur. Onun sənəti göz önündədir. Röya Heydər Əliyev sarayında 4 gün canlı ifayla konsert verdi. Get sən də oxu, gör 4 gün canlı oxuya bilərsənmi? Sadəcə olaraq, Röyanı gözügötürməyənlər çoxdur. Hamısı paxıllıqdandır. Onun Türkiyədə “Altın kələbək mükafatı” almağı çoxlarının gözünə batır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru