Zaur Kamal qəzadan son anda qurtuldu: "Qışqırdım ki, ölürük"

23-12-2017, 11:41           

Xəzər Televiziyasının aparıcısı Zaur Kamal ölümdən dönüb.
Yenicag.az-a açıqlama verən aparıcı bu günlərdə qəzadan qurtulduğunu deyib:
“Bizi Allah saxladı. Şəmkirə elçiliyə getmişdik. Qayıdanbaş gecəyə düşdük. Bir də gördük ki, maşınımız qarşıdan gələn avtomobilə doğru gedir. Baxdım ki, sürücümüz yatıb. Qışqırdım ki, öləcəyik, ayıl… Onu oyatmasaydım, indi həyatda yox idim”.
Zaur baş verənləri göz-nəzərlə əlaqələndirir:
“Gözdən-nəzərdən çox qorxuram. Bilirəm ki, neqativ enerji var və təsirini də hiss edirəm. O qədər olub ki, efirdə canlı yayım gedə-gedə aparat partlayıb yanıb, mikrafon yerə düşüb, işıqlar sönüb. Elə öz başıma da az iş gəlməyib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru