Körpəsini satışa çıxaran atanın daha bir yalanı ortaya çıxdı - VİDEO

29-12-2017, 12:31           
Körpəsini satışa çıxaran atanın daha bir yalanı ortaya çıxdı - VİDEO
40 günlük körpəsini satışa çıxaran atanın axtarışı davam edir.

GoldNews.az xəbər verir ki, Orxan adlı şəxs Space TV-də yayımlanan "Hadisə harada Tahirə orada" verilişinin aparıcısı ilə görüşüb danışmaq üçün söz versə də son anda fikrindən daşınıb. Belə ki, verilişin aparıcısına Keşlə qəsəbəsində yerləşən avtoyumada olacağını deyən Orxan üçün sözügedən məkanə gedən əməkdaşlar saatlarla onu gözləsə də övladını satşa çıxaran ata gəlib çıxmayıb. Hətta avtoyumanın işçiləri də belə bir adamı tanımadıqlarını bildiriblər.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl elan saytlarından birində ata 40 günlük körpəsini satışa çıxarması barədə məlumat yerləşdirib. Orxan adlı şəxs uşağa baxa bilmədiyini və bu səbəbdən körpəni satdığını yazıb: "Körpə oğlan uşağıdır, sağlamdır. Övladı olmayanlara verirəm”.

O körpəsini işsiz olması, ailəni dolandıra bilməməsi səbəbindən 10 min manata satmaq istədiyini, uyğun insanlar olarsa, daha ucuz qiymətə onu verə biləcəyini deyib.
[media=https://www.youtube.com/watch?time_continue=17&v=GVDR0rIkHeU]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru