Röya "Təki Hacı Nuran sağalıb, Bakıya qayıtsın" VİDEO

28-08-2015, 13:20           
Röya "Təki Hacı Nuran sağalıb, Bakıya qayıtsın"  VİDEO
Almaniyada “Uniklinika”da yenidən müalicəyə başlayan teleaparıcı Hacı Nuran Hüseynov ziyarətinə gedən müğənni Röya Ayxanla videosunu paylaşıb.

Axşam.az-ın məlumatına görə, sənətçi aparıcıya konsert vəd edib:

“Bu yay müalicə aldığı üçün mənim tədbirimə gələ bilmədi. Gələn il Hacı Nurana gözəl konsert verəcəm. Lazım gəlsə, evimi, maşınımı, ayaqqabılarımı da satacam ki, o bahalı gecəni edim. Təki Hacı Nuran sağalıb, Bakıya qayıtsın".

Qeyd edək ki, H.Nuran bir neçə gün əvvəl səhhətinin daha da pisləşdiyini bildirmişdi:

“Neçə gündür ki, özümü çox pis hiss edirəm. Gecə-gündüz həkimlər başımın üstündədir, xəstəlik günü-gündən irəliləyir. Halım çox dəyişib, müalicə olunmağa və ağır kimyaterapiyalara dözməyə taqətim qalmayıb. Hələ qabaqda ağır transplantasiya var. Dünən burada dostlarımla vidalaşdım”.

Xatırladaq ki, H.Nuran xərçəngdən əziyyət çəkir. Uzun müddət Almaniyada müalicə alan aparıcı fevralda Bakıya qayıtmışdı. Ötən ay Almaniyaya müayinəyə gedən Nuranın xəstəliyinin irəlilədiyi bəlli olub.
[media=https://www.youtube.com/watch?v=TFZ7UlxCmw8]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru